KOMPENSASİON MULDA

morfometrik göstəriciləri yaxşı təzahür edilən struktura. Duz tektonikası nəticəsində yaranır. мульда компенсационная compensating trough
KOMBA
KOMPENSASİYA
OBASTAN VİKİ
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.